“Saka bizim üçün çox vacibdir” – Arteta

“Arsenal”ın baş məşqçisi Mikel Arteta komandanım hücumçusu Bukayo Saka haqda danışıb.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, o, ingilis futbolçunun yüksək səviyyəli oyunçu olduğunu bildirib:

“Saka dünya səviyyəli oyunçudurmu? Yaxşı, o, dünya çempionatında oynadı, milli komandada oynayır, ona görə də, dünya səviyyəsinin nə demək olduğunu bilmirəm. Amma o, yüksək səviyyəli, ən yaxşı oyunçudur, bu dəqiqdir. O, şübhəsiz ki, komandanın böyük bir hissəsidir və siz onun oyunlardakı təsirini görməlisiz. Saka bizim üçün çox vacibdir.

Saka növbəti beş-on il ərzində öz formasını qoruya bilərmi? Zirvəyə çıxmaq bir şeydir, amma formada qalmaq başqa şeydir. O, artıq beş ildir ki, bunu edir və onun necə inkişaf etdiyini görə bilərsiz. Saka həqiqətən düzgün zehniyyətə sahibdir, çünki düzgün ailəsi, ətrafında düzgün insanlar var və çox təvazökardır. O, düzgün məsləhət alır və bu, onu xüsusi edir. Çünki o, getdikcə daha çox şey istəyir”.

22 yaşlı hücumçu bu mövsüm 18 oyun keçirib, 6 qol vurub və 9 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button