“Sabah”ın futbolçusu: “Təslim olmayacam”

“Sabah”ın futbolçusu Coy-Lens Mikels “instaqram” səhifəsində paylaşım edib.

Komanda.az xəbər verir ki, almaniyalı futbolçu komanda olaraq da hədəflərinə çatmaq üçün çalışacaqlarını yazıb:

“Yeni həftə, yeni şans! Bəzən uduzursan, bəzən qalib gəlirsən! Məğlubiyyətlərdən sonra özüm üçün daha yaxşı nə edə biləcəyimi aydınlaşdırıram. Hər məğlubiyyət də öyrənmə prosesidir. Mən təslim olmayacam. Komanda olaraq da hədəfimizə çatmaqdan imtina etməyəcəyik”.

“Sabah” Premyer Liqanın son turunda “Neftçi”yə uduzub (0:1).

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button