“Sabah”ın bombardirindən azarkeşlərə təşəkkür

“Sabah” klubunun futbolçu Coy-Lens Mikels “instaqram” səhifəsində azarkeşlərlə bağlı paylaşım edib. 

Komanda.az xəbər verir ki, “Sabah”ın almaniyalı bombardiri Premyer Liqanın 22-ci turunda “Zirə” üzərində qazanılan 3:1 hesablı qələbədə azarkeşlərin rolunun az olmadığını yazıb:

“Azarkeşləri qeyd etmək istəyirəm. Həqiqətən də, siz möhtəşəm idiz. Stadiona gəldiyimiz andan sonuna qədər stadionda gözəl ab-hava var idi. Sizə təşəkkür edirik”.

“Zirə” ilə görüşdə komandasının ikinci qolunu Mikels vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button