“Sabah”dan yeni rekord

“Sabah” klubu yeni rekorda imza atıb.

Komanda.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, paytaxt klubu Azərbaycan Premyer Liqasında ardıcıl dörd “quru oyun” keçirib.

Onlar bunu “Səbail”i 4:0 hesabı ilə məğlub etdikləri Premyer Liqanın 21-ci tur görüşündə bacarıb.

Murad Musayevin çalışdırdığı komanda mövsümün ilk yarısını “Sumqayıt” üzərində qələbə ilə bitirib (6:0).

2023-cü ildə “Neftçi”ni 2:0, “Qəbələ”ni 3:0, “Səbail”i 4:0 hesabı ilə məğlub edən Bakı klubu ardıcıl 4 “quru hesablı” qələbə qazanıb.

“Sabah” sonuncu dəfə 17-ci turun 2022-ci il dekabrın 14-də baş tutan “Kəpəz” ilə görüşündə qol buraxıb – 2:2.

Buna qədər komandanın ən uzun “quru seriya”sı 3 oyundan ibarət olub. “Sabah” 4 dəfə belə seriyaya imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button