“Sabah”dan dördüncü çempionluq!

“Sabah” ardıcıl dördüncü dəfə Azərbaycan Basketbol Liqasının qalibi olub.

Komanda.az xəbər verir ki, turnirin final seriyasının üçüncü oyununda “Abşeron Lions”u üstələyən “bayquşlar” 2025/2026 mövsümünün qızıl medallarına sahib çıxıblar.

Bakı İdman Sarayında baş tutan görüş “Sabah”ın 108:95 hesablı qələbəsi ilə bitib.

Bakı təmsilçisi əvvəlki iki görüşdə rəqibini məğlub etmişdi – 98:93, 112:84.

Reqlamentə əsasən, final seriyasında üç qələbəyə çatan komanda Azərbaycan Basketbol Liqasının qalibi olur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button