“Sabah”a keçidi gözlənilən “Real”ın keçmiş futbolçusu ilə bağlı AÇIQLAMA

“Real”ın və PSJ-nin keçmiş futbolçusu Xese Rodriqesin karyerasını Azərbaycanda davam etdirəcəyi ilə bağlı xəbərə aydınlıq gəlib.

“Sabah”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidovun Komanda.az-a verdiyi məlumata görə, hansısa futbolçu ilə anlaşma olarsa, klubun rəsmi səhifələri vasitəsilə məlumat veriləcək:

“Düzü, transfer dönəmində bu cür xəbərlər çox çıxır. Bu, normal haldır. Hər hansı futbolçu ilə anlaşma olarsa, bu barədə rəsmi səhifələrimiz vasitəsilə ictimaiyyətə məlumat verəcəyik”.

Hazırda Türkiyənin “Ankaragücü” klubunda çıxış edən Xese Rodriqes “Real”ın yetirməsidir.

O, bu mövsüm Super Liqa klubunda bütün turnirlər daxil olmaqla 16 matça çıxıb və 5 qol vurub.

Rövşən Əlisoy

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button