“Sabah” “Voyvodina”nı 4 qolla yendi
Antalyada təlim-məşq toplanışında olan “Sabah” bu gün sonuncu yoxlama oyununa çıxıb.
Komanda.az xəbər verir ki, Murad Musayevin rəhbərlik etdiyi paytaxt təmsilçisi Serbiya “Voyvodina”sı ilə qarşılaşıb.
Bakı vaxtı ilə saat 18:00-da start götürən qarşılaşmada qapılara 6 qol vurulub. Yekunda “Sabah” 4:2 hesablı qələbəyə sevinib. Hesabı 3-cü dəqiqədə “Sabah”dan Davit Volkov açıb. 6-cı və 10-cu dəqiqələrdə fərqlənən Velko Simiç serbləri önə keçirib. 22-ci dəqiqədə Davit Volkov tarazlığı bərpa edib. 46-cı dəqiqədə Aleksey İsayev “Voyvodina”nı 3-cü dəfə cəzalandırıb. Son nöqtəni isə 62-ci dəqiqədə Aleksey Kaşuk qoyub.
Xatırladaq ki, “Sabah” ilk sınaq matçında Polşanın “Varta” komandası ilə heç-heçə (1:1) etmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin