“Sabah” “Qarabağ”a qalib gəldi, çempion oldu

U-14 Liqasında 2025/26 mövsümünə yekun vurulub.

Komanda.az xəbər verir ki, liqanın final oyununda “Sabah” və “Qarabağ” üz-üzə gəlib. Binə qəsəbə stadionunda keçirilən görüş 1:1 hesablı bərabərliklə nəticələnib. Oyunun penaltilər seriyasında daha dəqiq oynayan Nasir Nəsirlinin çalışdırdığı komanda mövsümü çempion kimi başa vurub.

Matçdan sonra komandaya çempionluq kuboku və qızıl medallar təqdim edilib.

Bu, cari mövsümdə “Sabah” akademiyasının komandalarının ikinci çempionluğudur. Bir müddət öncə U-16 komandası da mövsümün bitməsinə iki tur qalmış çempionluğunu təmin etmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button