“Qarabağ” xal itirdi, “Zirə” tək qolla sevindi

Azərbaycan Premyer Liqasında 17-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, turun ilk oyununda “Sabah”la “Neftçi” üz-üzə gəlib. Masazır təmsilçisi kubokda məhz “ağ-qaralar”a məğlub olaraq, mübarizəni dayandırmışdı. “Sabah” bu oyunda kubokdakı yenilginin də əvəzini çıxmağa çalışıb. Amma bu dəfə də qələbəni “Neftçi” bayram edib.

Günün digər görüşü “Sumqayıt”la “Qəbələ” arasında keçirilib. Bu oyunda da qonaqlar dörd cavabsız qola seviniblər.

Tura bu gün keçirilən iki oyunla yekun vurulub. “Zirə” “Səbail”lə, “Keşlə” “Qarabağ”la üz-üzə gəlib. “Zirə” səfərdən 3 xalla dönübsə, “Qarabağ” turu xal itkisi ilə başa vurub.

Azərbaycan Premyer Liqası, 17-ci tur

27 fevral

Sabah – Neftçi 0:1
Qol: S.M.Kolli, 50.
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Rövşən Rəcəbov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Erkin Hüseynov
“Bank Respublika Arena”, 17:00

Sabah: 1. Səlahət Ağayev (k), 2. Amin Seydiyev, 10. Aleksey İsayev, 34. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov, 20. Coy-Lens Mikels, 24. Mixeil Erqemlidze, 55. Şpiro Periçiç, 15. Kristian da Silva, 7. Boyan Letiç, 29. Ceyhun Nuriyev.
Ehtiyat oyunçular: 94. Yusif İmanov, 97. Aleksandr Neçayev, 14. Slavik Alxasov, 3. Zurab Oçiqava, 99. Hiqor Qabriel, 8. Şakir Seyidov, 21. İldar Ələkbərov, 19. Kamran Quliyev, 66. Abdulah Xaybulayev, 33. Camal Cəfərov.
Baş məşqçi: Murad Musayev.
Neftçi: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 19. Azər Salahlı, 14. Eddi İsrafilov, 3. Mamadu Mbodj, 6. Voyislav Stankoviç, 24. Yusuf Laval, 10. Sezar Meza Kolli, 91. Ramon Maçado, 20. Mert Çelik, 37. Vüsal Əsgərov.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 93. Rza Cəfərov, 26. Ömər Buludov, 97. Xəyal Nəcəfov, 4. Huqo Basto, 9. Tyaqo Bezerra, 7. Azər Əliyev, 77. Gilyerme Pato, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 73. Ramin Nəsirli, 82. Rüfət Abbasov.
Baş məşqçi: Samir Abasov.

Sumqayıt – Qəbələ 0:4
Qol: R.Utziq, 2. R.Renato, 39. R.Muradov, 41. M.Musayev, 68.
Hakimlər: Vüqar Həsənli, Eyyub İbrahimov, Rəhman İmami, Fərid Hacıyev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Sumqayıt şəhər stadionu, 19:15

Sumqayıt: 13. Aydın Bayramov, 17. Murad Xaçayev, 6. Vüqar Mustafayev (k), 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 9. Əli Qurbani, 2. Dmitro Nağıyev, 4. Höccət Haqverdi, 78. Araz Abdullayev, 5. Camaləddin Xocaniyazov, 8. Səbuhi Abdullazadə.
Ehtiyat oyunçular: 25. İlnur Valiyev, 3. Vurğun Hüseynov, 18. Süleyman Əhmədov, 60. Elvin Məmmədov, 33. Eltun Turabov, 74. Yusif Nəbiyev, 24. Elşən Abdullayev, 15. Vüqar Bəybalayev, 19. Xəzər Mahmudov, 11. Rüfət Abdullazadə, 20. Ayxan Süleymanlı.
Baş məşqçi: Aleksey Baqa.
Qəbələ: 94. Nicat Mehbalıyev, 19. Rövlan Muradov, 28. Murad Musayev, 27. Məqsəd İsayev, 34. Ürfan Abbasov (k), 8. Stefan Vukçeviç, 23. Rafael Utziq, 5. İsnik Alimi, 4. Ruan Renato, 10. Omar Hani, 9. Fernan Lopes.
Ehtiyat oyunçular: 1. Kristof Atanqana, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 14. Ülvi İsgəndərov, 7. Ehtiram Şahverdiyev, 6. Kamal Mirzəyev, 24. Patrik Robson, 2. Samet Karakoç, 77. Emil Səfərov, 18. Mehrac Baxşalı, 20. Rauf Rüstəmli, 33. Hüseyn Mürsəlov.
Baş məşqçi: Elmar Baxşıyev.

28 fevral

Səbail – Zirə 0:1
Qol: A.Ramazanov, 45+2.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Asif Əliyev
“ASCO Arena”, 17:00

Səbail: 1. Rəşad Əzizli, 14. Rahid Əmirquliyev (k), 5. Adil Nağıyev, 7. Mirsayib Abbasov, 6. Cabir Əmirli, 10. Cavid Tağıyev, 19. Ruslan Hacıyev, 39. Tural Bayramlı, 34. Yurqen Qoxa, 30. Camal Araqo, 77. Ədilxan Qarəhmədov.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 17. Elçin Rəhimli, 11. Rauf Əliyev, 21. Məhəmməd Mirzəbəyov, 33. Domantas Şimkus, 32. Nikolas Raysel, 88. Elmir Tağıyev, 44. Şamil Cəfərov, 66. İbrahim Aslanlı, 38. Zeynəddin Abdurahmanov.
Baş məşqçi: Aftandil Hacıyev.

Zirə: 1. Mehdi Cənnətov, 10. Ağabala Ramazanov (k), 32. Qismət Alıyev, 19. Təmkin Xəlilzadə, 91. Coşqun Diniyev, 44. Dmitrios Çantakias, 47. Mohamed Hamdaui, 9. Loris Broqno, 14. Hamidu Keyta, 92. Brayan Alseus, 4. Cəlal Hüseynov.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 8. İlkin Muradov, 2. Sertan Taşkın, 21. Hacıağa Hacılı, 15. Ruslan Abışov, 5. Rahil Məmmədov, 18. Davit Volkov, 99. Ahmed Ayzaya, 51. Rüstəm Nuruyev, 13. Ramin Əhmədov, 56. Samir Ağayev.
Baş məşqçi: Rəşad Sadıqov.

Keşlə – Qarabağ 0:0
Hakimlər: Əliyar Ağayev, Müslüm Əliyev, Vüsal Məmmədov, Kamal Umudlu
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“ASK Arena”, 19:15

Keşlə: 1. Stanislav Namaşko, 7. Rəhman Hacıyev, 4. Şəhriyar Əliyev (k), 99. Rafael Məhərrəmli, 11. Sadio Tounkara, 77. Merab Giqauri, 10. Felipe Santos, 6. Franko Flores, 9. Natan Oduva, 22. Elçin Mustafayev, 14. Turan Vəlizadə.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 38. Sahib Həsənov, 3. Tərlan Quliyev, 8. Tural Axundov, 5. Kərim Diniyev, 13. Pərviz Azadov, 50. Samir Abdullayev, 70. Bahadur Həziyev, 95. Rəhman Daşdəmirov, 74. Kamal Kazımov.
Baş məşqçi: Sənan Qurbanov.
Qarabağ: 89. Amin Ramazanov, 30. Abbas Hüseynov, 18. İsmayıl İbrahimli, 77. Ramil Şeydayev, 7. Riçard Almeyda (k), 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 15. Leandro Andrade, 44. Elvin Cəfərquliyev, 97. Rüstəm Əhmədzadə, 22. Musa Qurbanlı.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 12. Emil Balayev, 5. Maksim Medvedev, 2. Qara Qarayev, 55. Bədavi Hüseynov, 10. Abdullah Zubir, 6. Patrik Andrade, 29. Marko Veşoviç, 20. Kadi Borges, 25. İbrahima Vadji, 21. Rauf Hüseynli, 27. Toral Bayramov.
Baş məşqçi: Qurban Qurbanov.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button