“Sabah” “Lill”lə anlaşdı – Fransalı futbolçu ilə 4 illik müqavilə bağladı

“Sabah” Aaron Maludanın transfer hüququna yiyələnib.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 20 yaşlı futbolçunun icarəsi ilə bağlı Fransanın “Lill” klubu ilə bağlanmış müqavilədə nəzərdə tutulan transfer bəndi qüvvəyə minib.

Maluda ilə yeni – 4 illik müqavilə bağlanıb.

Fransalı futbolçu ötən ilin sentyabr ayından “Sabah”ın uğurları üçün çalışır. O, Masazır komandasında 12 oyun keçirib, 2 qola imza atıb. Maluda “Renn”in ikinci komandasında və “Nim”də çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button