“Sabah” Kipr klubu ilə qarşılaşacaq

Yeni mövsümə hazırlığı Bolqarıstanın Bansko şəhərində davam etdirən “Sabah”ın toplanış çərçivəsində qarşılaşacağı növbəti rəqib məlum olub.

Komanda.az xəbər verir ki, “Sabah” Kiprin yüksək liqa təmsilçisi “Akritas Xlorakas” komandası ilə qarşılaşacaq. Oyun iyulun 26-da, saat 19:30-da Banskoda keçiriləcək.

“Sabah” Bolqarıstan toplanışı çərçivəsində ilk yoxlama oyununu İsrailin “Hapoel” (Hadera) klubuna qarşı keçirib (0:1).

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button