“Sabah”da yeni müqavilə – rəsmi

“Sabah” klubu hücumçusu Xulio Rodriqeslə yeni müqavilə bağlayıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Müqaviləyə əsasən, paraqvaylı hücumçu daha bir il “Sabah”ın uğurları üçün çalışacaq. 

29 yaşlı futbolçu “Sabah”a bu ilin yanvar ayında transfer olunub.