“Sabah”da yeni müqavilə – rəsmi

“Sabah” klubu futbolçusu Xulio Sezar Rodriqeslə yeni müqavilə bağlayıb.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, yeni müqavilənin müddəti bir ildir.

Paraqvaylı hücumçu ötən ilin fevral ayından “Sabah”ın uğurları üçün çalışır. Xulio son mövsümdə Premyer Liqada meydana çıxdığı 25 oyunda 3 qol vurub, 4 məhsuldar ötürməyə imza atıb.