“Sabah” Kipr klubuna da uduzdu

Yeni mövsümə hazırlığı Bolqarıstanın Bansko şəhərində davam etdirən “Sabah” bu gün növbəti yoxlama oyununa çıxıb.

Komanda.az xəbər verir ki, paytaxt klubu Kiprin yüksək liqa təmsilçisi “Akritas Xlorakas”la qarşılaşıb. Beş qolun qeydə alındığı oyun “Sabah”ın 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Azərbaycan təmsilçisindən qolları Davit Volkov və Anatoli Nuriyev vurublar.

“Sabah” Bolqarıstan toplanışı çərçivəsində ilk yoxlama oyununda İsrailin “Hapoel” (Hadera) klubuna da məğlub olmuşdu – 0:1. Murad Musayevin çalışdırdığı kollektiv Bakıdakı yoxlama oyunlarında da “Sumqayıt”a 1:2 hesabı ilə uduzub, “Səbailə”ə 3:1 hesabı ilə qalib gəlmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button