Rüstəmov Avropa çempionatında gümüş medal qazandı

Azərbaycanlı ağırlıqqaldıran İsa Rüstəmov Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatında gümüş medal əldə edib.

Komanda.az xəbər verir ki, 71 kq çəki dərəcəsində çıxış edən idmançı birdən qaldırma hərəkətində 147 kq nəticə göstərərək ikinci yeri tutub.

O, təkanla qaldırma hərəkətində 180 kq çəkini ram edərək bu növdə dördüncü olub.

Rüstəmov toplamda 327 kq nəticə ilə yarışı dördüncü pillədə başa vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button