Rusiyada Azərbaycan derbisi: Ramillə Ayaz 90 dəqiqə oynadı

Futbol üzrə Rusiya Premyer Liqasında 29-cu turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, hesabat turu azərbaycanlı futbolçuların komandalarının dueli ilə əlamətdar olub.

Belə ki, Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi “Krılya Sovetov” doğma meydanda Ayaz Quliyevli Moskva “Spartak”ını qəbul edib.

Üç qolun qeydə alındığı qarşılaşmada Samara təmsilçisi meydanı məğlubiyyətlə tərk edib – 1:2.

Şeydayevlə Quliyev də bu görüşün iştirakçısı olub. Onların hər ikisi start heyətdə meydana çıxıb və sonadək oynayıblar. Ayaz 90-cı dəqiqədə sarı vərəqə də alıb.

Hazırda “Krılya Sovetov” 28 xalla 16 iştirakçı arasında 13-cü, “Spartak” isə 49 xalla 4-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button