Rusiya Premyer Liqasının yeni prezidenti seçildi – Rəsmi

Rusiya Premyer Liqası klubları yekdilliklə Aleksandr Alayevi liqanın yeni prezidenti seçiblər.

Komanda.az Rusiya mətbuatına istinadən xəbər verir ki, səsvermə bu gün, liqa klublarının ümumi yığıncağında baş tutub.

Alayev səsverməyə çıxarılan yeganə namizəd olub. O, 5 il müddətinə RPL-in rəhbəri təyin olunub.

O, iyunun 27-dən, Aşot Xaçaturyan RPL-in rəhbəri postundan getdikdən sonra Premyer Liqanın müvəqqəti prezidenti vəzifəsini icra edirdi.