“Futbolçularımız tez-tez sekslə məşğul olurlar, buna görə də, son vaxtlar futbol oynaya bilmirlər”

Rumıniyanın “Styaua” klubunun sahibi Cici Bekali komandanın son dörd oyunda üç məğlubiyyət almasının səbəbini açıqlayıb.

Komanda.az xəbər verir ki, “goal.com”a danışan 61 yaşlı futbol funksioneri, bu uğursuzluğu futbolçuların tez-tez sekslə məşğul olmasıyla əlaqələndirib:

“Futbolçularımız tez-tez sekslə məşğul olurlar, buna görə də, son vaxtlar futbol oynaya bilmirlər. ÇFR klubu futbolçularına həftədə bir dəfə sekslə məşğul olmağa icazə verir. Və onların oyunçularının sərgilədiyi oyun da göz qabağındadır. Bizim hücumçumuz Florinel Koman da bir az istirahət etməli və futboldan kənar şeylərə fasilə verməlidir”.

“Styaua” hazırda Rumıniya 1-ci Liqasında 46 xalla 2-ci sıradadır.