
Ronaldonun səhmlərinə sahib olduğu klub məhkəməyə verilə bilər
“Flamenqo” klubu “Almeriya”nın borcu ilə bağlı məhkəməyə müraciət etməyə hazırlaşır. İspaniya təmsilçisinin şəriklərindən biri “Əl-Nəsr”in portuqaliyalı hücumçusu Kriştiano Ronaldodur və onun səhmlərin 25 faizinə sahib olduğu bildirilir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, məsələ 2022-ci ildə “Almeriya”nın Lazaro Vinisiusu “Flamenqo”dan transfer etməsi ilə başlayıb. İddialara görə, İspaniya klubu futbolçunu borc qarşılığında heyətinə qatıb.
Lazaro sonradan “Almeriya”da çıxış edib və böyük uğur qazana bilməsə də, bir oyunda het-trik etməyi bacarıb. Hazırda isə o, Braziliyaya qayıdaraq “Palmeyras”da forma geyinir.
Buna baxmayaraq, transferə görə ödənilməli olan təxminən 2 milyon avro məbləğində borc hələ də bağlanmayıb. “Flamenqo”nun hüquqşünasları bildirir ki, bu məbləğ 20 ay əvvəl – yəni, 2024-cü ilin yayında ödənilməli idi, ancaq bu günə qədər ödəniş həyata keçirilməyib.
Bizi Facebook-da izləyin



