Ronaldonun karyerasını dəyişən zəng

“Mançester Yunayted”in keçmiş müdafiəçisi Rio Ferdinand 2021-ci ilin yayında Kriştiano Ronaldoya zəng edərək, “Mançester Siti”yə keçməkdən imtina etməsini istəyib. Ronaldo həmin vaxt “Yuventus”da çıxış edib.

Komanda.az xəbər verir ki, bu barədə “The Sun” 37 yaşlı oyunçu haqqında tezliklə işıq üzü görəcək bioqrafik kitaba istinadən məlumat yayıb.

Portuqaliyalı futbolçu “Mançester Siti”yə keçməyə yaxın olub. Amma keçmiş komanda yoldaşı ilə danışdıqdan sonra “Mançester Yunayted”ə qayıtmağa qərar verib.

Ronaldo 2003-2009-cu illərdə “Mançester Yunayted”də çıxış edib. Bundan sonra o, “Real” və “Yuventus”un futbolçusu olub, 2021-ci ilin yayında isə Mançester klubuna qayıdıb.

Ronaldonun bu mövsüm 14 oyunda 3 qol və 1 məhsuldar ötürməsi var.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button