Ronaldodan rekordlarla dolu gecə

Səudiyyə Ərəbistanı çempionatının 16-cı turunda “Əl-Vəhdə” ilə oyunda pokerə imza atan “Əl-Nəsr” klubunun futbolçusu Kriştiano Ronaldo yeni rekordlar müəyyənləşdirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, komandasına 4:0 hesablı qələbə qazandıran portuqaliyalı karyerasındakı het-trik sayını 61-ə çatdırıb.

38 yaşlı forvard bunun 51-ni klub, 10-nu isə milli səviyyəsində reallaşdırıb. Het-trik sayına görə lider olan Ronaldo öz rekordunu yeniləyib. Onun ən yaxın izləyicisi argentinalı Lionel Messinin aktivində 56 het-trik var.

Ronaldo 30 yaşından sonra 31 oyunda üç və ya daha çox qol vurmağı bacarıb.

O, “Əl-Vəhdə” ilə matçda hesabı açmaqla ölkə çempionatlarındakı ümumi qol sayını 500-ə çatdırıb. Onun aktivində liqa qollarının ümumi sayı 503-ə bərabərdir.

Ronaldo “Real”da 311, “Mançester Yunayted”də 103, “Yuventus”da 81, “Sportinq”də 3, “Əl-Nəsr”də 5 (davam edir) dəfə rəqib qapılarına yol tapıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button