Ronaldoda koronavirus aşkarlandı

Braziliya millisinin sabiq futbolçusu Ronaldo Nazario koronavirusa yoluxub.

Komanda.az “Globo” nəşrinə istinadən xəbər verir ki, veteran hücumçu bu səbəbdən yığmanın Qətərdəki dünya çempionatında bu gün Serbiyaya qarşı keçiriləcək oyunu stadiondan izləyə bilməyəcək.

Test nəticəsi müsbət çıxan əfsanəvi forvard qaldığı oteldə karantinə alınıb.

Xatırladaq ki, Ronaldo 1994 və 2002-ci dünya çempionatlarının qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button