Ronaldo qapının yerini itirdi

“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo “Atletiko” ilə Çempionlar Liqasının 1/8 finalının cavab oyununda uğursuz göstəriciyə imza atıb.

Komanda.az “Opta”ya istinadən xəbər verir ki, 37 yaşlı hücumçu bu oyunda rəqib qapısına bir dəfə də zərbə endirə bilməyib.

Artıq üçüncü dəfədir ÇL oyunlarında Ronaldo üçün belə hadisə təkrarlanıb. İlk dəfə “Mançester Yuneyted”lə “Panatinaikos”a (2003-cü il), ikinci dəfə isə “Real”la “Barselona”ya qarşı görüşdə (2011-ci il) Ronaldo qapıya zərbə endirə bilməyib.

“Mançester Yunayted” “Atletiko”ya uduzaraq (0:1, ilk oyunda 1:1), Çempionlar Liqasında mübarizəni dayandırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button