“Ronaldo heç vaxt paltardəyişmə otağında dağıdıcı qüvvə olmayıb” – keçmiş qapıçı
“Mançester Yunayted”in keçmiş qapıçısı Ben Foster portuqaliyalı hücumçu Kriştiano Ronaldonun komandanın paltardəyişmə otağındakı ab-havaya təsirindən danışıb.
Komanda.az “TalkSPORT”-a istinadən xəbər verir ki, keçmiş futbolçu, Ronaldonun hər şeyi düzgün etdiyini bildirib:
“Hər kəs Ronaldonun super peşəkar olduğunu və hər şeyi düzgün etdiyini bilir. İndi də eyni olduğuna zəmanət verirəm. Kriştiano “Mançester Yunayted”ə yeni gələndə Paul Skoulzdan tamamilə fərqli idi. Skoulz sadəcə gəlib-gedirdi, sizinlə əl sıxırdı və bu kifayət idi. İnsanlarla danışmağa çalışmırdı, sadəcə futbolunu oynayırdı və evə gedirdi. Skoulzun da gözəlliyi budur.
Ronaldo isə həmişə insanlarla danışıb. O, həmişə oyunçularla əlaqə saxlamağa çalışırdı və gülməyi bacarırdı. Amma o, heç vaxt paltardəyişmə otağında dağıdıcı qüvvə olmayıb. Heç vaxt! Ronaldonun paltardəyişmə otağında mübahisə yaratmayacağına və hay-küy salmayacağına zəmanət verə bilərəm”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin