Ronaldo ərəblərin təklifini rədd etdi

“Mançester Yunayted” klubunun futbolçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanından təklif alıb.

Komanda.az ”Mirror” nəşrinə istinadən xəbər verir ki, adı açıqlanmayan klub Ronaldoya illik 240 milyon avro ödəməyə hazır olduğunu bildirib. Amma 37 yaşlı hücumçu rədd cavabı verib.

Ronaldo təklifi qəbul etsəydi, dünyanın ən çox maaş alan oyunçusu olacaqdı. Portuqaliyalı hücumçunun az şans qazandığı üçün “qırmızı şeytanlar”dan mövsümün sonunadək ayrılma ehtimalı yüksəkdir.

Daha əvvəl Səudiyyə Ərəbistanı Futbol Federasiyasının prezidenti Yasir Əl-Mişal Ronaldonu yerli çempionata gətirmək istədiyini bildirib.

Hücumçunun klubu ilə müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button