Ronaldinyodan Rodriqoya dəstək

Braziliyalı sabiq futbolçu Ronaldinyo çarpaz bağ zədəsi alan həmyerlisi, “Real”ın hücumçusu Rodriqoya dəstək verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, sosial media hesabında özünün və forvardın şəklini paylaşaraq, “Sənə mükəmməl sağalma arzulayıram, qardaş” yazıb.

Rodriqo bu mövsümün qalan hissəsində və həmçinin, 2026-cı il dünya çempionatında oynaya bilməyəcək. Onun geri dönüşü payıza planlaşdırılır.

Ronaldinyo 2015-ci ildə futbolçu karyerasını bitirib. O, daha çox PSJ, “Barselona” və “Milan”dakı çıxışı ilə tanınır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button