Ronaldinyodan etiraf: “Futbol izləməyi sevmirəm”

“Barselona”nın və Braziliya millisinin sabiq futbolçusu Ronaldinyo futbol matçlarını izləməyi sevmədiyini etiraf edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, oyunların yalnız icmallarına baxmağa üstünlük verir:

“Futbol izləməyi sevmirəm. Mənə yalnız əsas epizodlar maraqlıdır, 90 dəqiqə çox uzundur. Yalnız final və ya derbi oyunları olsa, baxa bilərəm. Digər hallarda isə xoşuma gəlmir.

Oyuna baxanda əsəbiləşməyə başlayıram. Düşünürsən ki, “bu futbolçu bu cür ötürməni necə qaçıra bildi?” Və bu, məni qıcıqlandırır”.

Braziliyalı sabiq futbolçu bu fikirləri “Real”la “Barselona” əfsanələrinin Los-Ancelesdə keçirilən qarşılaşması (1:1) öncəsi səsləndirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button