“Roma” “Latsio”ya, “Yuventus” “Napoli”yə qarşı – Afişa

Bu gün İtaliya A Seriyasında 26-cı tura start veriləcək.

Komanda.az xəbər verir ki, turun oyunları 3 günü əhatə edəcək. Açılış oyununda “İnter” “Kalyari” ilə qarşılaşacaq.

Bu turda maraqla gözlənilən qarşılaşmalardan biri Roma şəhərində keçiriləcək. Eyni şəhərin iki təmsilçisi – “Latsio” və “Roma” üz-üzə gələcək. “Derby Capitolino” adlanan görüş martın 2-də oynanılacaq.

26-cı turun mərkəzi görüşündə isə “Yuventus” səfərdə ən yaxın izləyicisi “Napoli” ilə qarşılaşacaq. Turinlilər bu matçdan da qalib ayrılacağı təqdirdə, çempionluğa daha da yaxınlaşacaq.

İtaliya A Seriyası, 26-cı tur

1 mart

23:30 Kalyari – İnter

2 mart

18:00 Empoli – Parma
21:00 Milan – Sassuolo
23:00 Latsio – Roma

3 mart

15:30 Torino – Kyevo
18:00 Cenoa – Frozinone
18:00 SPAL – Sampdoriya
18:00 Udineze – Bolonya
21:00 Atalanta – Fiorentina
23:30 Napoli – Yuventus

Bombardir: Kşiştof Piatek (Milan), Kriştiano Ronaldo (Yuventus) – 19 qol.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button