Rodriqo yayda “Real”dan ayrıla bilər

“Real”ın hücumçusu Rodriqo cari mövsüm bitdikdən sonra klubunu dəyişə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “İnter” braziliyalı forvardın “Real”dakı vəziyyətini diqqətlə izləyir.

“Arsenal”, “Çelsi” və “Tottenhem”, eləcə də Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu da 25 yaşlı futbolçu ilə maraqlanır. O, “Real”da qalmaq istəyir, ancaq ehtiyat oyunçular skamyasında oturmağa hazır deyil.

Rodriqo bu mövsüm bütün turnirlərdə 26 oyun keçirib, 3 qol vurub və 6 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button