Robert Levandovski ilin ən yaxşı futbolçusu seçildi

Futbol üzrə Polşa millisinin və Almaniyanın “Bayern” klubunun hücumçusu Robert Levandovski 2021-ci ilin ən yaxşı futbolçusu seçilib.

Komanda.az xəbər verir ki, 33 yaşlı forvard “Tuttosport” nəşrinin versiyasına əsasən bu ada yiyələnib.

O, veteran oyunçuların səsverməsi nəticəsində qalib elan olunub. Səsvermədə Pavel Nedved, Andrey Şevçenko, Lotar Matteus, Xristo Stoiçkov, Samuel Eto`O, Alessandro Kostakurta və Ruy Koşta kimi ulduz futbolçular iştirak ediblər.

İkinci yeri İngiltərənin “Çelsi” klubunun italiyalı yarımmüdafiəçisi Jorjinyo tutub. Argentina yığmasının və Fransanın PSJ komandasının forvardı Lionel Messi isə 3-cü olub.

Xatırladaq ki, “Tuttosport”un versiyasına görə, “Barsealona”nın yarımmüdafiəçisi Pedri də ilin ən yaxşı gənc oyunçusu seçilib. O, Avropada 21 yaşadək ən yaxşı futbolçu üçün nəzərdə tutulan “Qızıl oğlan” (Golden boy) mükafatına layiq görülüb.