“River Pleyt” yeni baş məşqçisini rəsmən açıqladı

Argentinanın “River Pleyt” klubu baş məşqçi postuna Martin Demiçelisin təyin olunduğunu açıqlayıb.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 41 yaşlı argentinalı mütəxəssislə müqavilə imzalanıb. Demiçelis təyinatı ilə bağlı bunları deyib:

“Rəhbərliyə və mənə etimad göstərən bütün azarkeşlərə təşəkkür edirəm”.

Demiçelis daha çox “Bayern” və “Mançester Siti”dəki futbolçu karyerası ilə tanınır. O, 2019-cu ildən Münhen təmsilçisində çalışırdı.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button