Renat Dadaşov oynadı, “Eştoril”…

Futbol üzrə Portuqaliya Sequndasında 31-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının futbolçusu Renat Dadaşovun formasını geyindiyi “Eştoril” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Penafiel”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 2:4.

Dadaşov da bu oyunun iştirakçısı olub. O, qarşılaşmanın 67-ci dəqiqəsində meydana buraxılıb.

“Eştoril” 31 oyuna topladığı 51 xalla 18 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button