“Real”ın hücumçusu ÇL-də həftənin futbolçusu seçildi

İspaniyanın “Real” (Madrid) klubunun futbolçusu Vinisius Junior azarkeşlərin səsverməsinə əsasən Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu seçilib.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, Liqa mərhələsinin 7-ci turunda “Monako” ilə (Fransa) keçirilən görüşdə (6:1) 1 qol vuraraq və 3 məhsuldar ötürmə edərək komandasının qələbəsində əsas pay sahibi olub.

Braziliyalı futbolçu səsvermədə Robert Navarro (“Atletik”), Fermin Lopes (“Barselona”) və Luis Suarezi (“Sportinq”) qabaqlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button