İsko qərarını verib: “Real”dan ayrılıb o kluba keçəcək

“Real”ın komandadakı gələcəyi müzakirə edilən futbolçusu İsko qərarını açıqlayıb.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı futbolçu “kral klubu”ndan ayrılacaq. İsko növbəti klubunun hansı olacağına da qərar verib. Futbolçu İspaniyanın digər klubuna – “Sevilya”ya transfer olunacaq. Lakin Madrid klubu futbolçunun qışda deyil, cari mövsümün sonunda komandadan ayrılmasına icazə verəcək. “Real”ın bu keçiddən 15-20 milyon avro qazanmağı hədəflədiyi bildirilir.

2013-cü ildən “Real”ın şərəfini qoruyan ispan futbolçunun klubla müqaviləsi növbəti mövsümün sonunda başa çatacaq. O, cari mövsümdə ümumilikdə 11 oyunda iştirak edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button