“Atletiko” “Real”ın futbolçusunu almağa çalışacaq

“Real”ın yarımmüdafiəçisi Dani Sebalyos yay transfer pəncərəsində komandasını dəyişə bilər.

Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, 27 yaşlı oyunçunun La Liqanın başqa klubuna keçmə imkanı var. “Atletiko” klubu yarımmüdafiəçi ilə maraqlanır. Madridlilər yay transfer pəncərəsində futbolçunu almağa çalışacaq.

Sebalyos İspaniya çempionatının cari mövsümündə 15 oyun keçirib, 1 məhsuldar ötürmə edib.

“Real” La Liqada turnir cədvəlində 1-ci, “Atletiko” isə 4-cü yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button