Zidan qəzəbləndi: “İzahat verin!”

“Real”ın baş məşqçisi Zinəddin Zidan futbolçularının tez-tez zədələnməsindən narazıdır.

Komanda.az xəbər verir ki, fransalı mütəxəssis, bununla bağlı fitness məşqçilərindən izahat tələb edib. Bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.

Bu mövsüm “Real”da ümumilikdə futbolçular 40 dəfə zədələnib. Hələlik zədə almayanlar Andrey Lunin, Kazemiro və Vinisius Juniordur.

Madrid klubunda hazırda 8 futbolçu zədəlidir. Bunlar Serxio Ramos, Eden Hazard, Marselo, Dani Karvahal, Eder Militao, Alvaro Odriosola, Federiko Valverde və Rodriqodur.

“Real” İspaniya La Liqasında 2-ci sıradadır.