“Real”ın 20 milyon avroluq istəyi

Fransanın “Lill” klubunun futbolçusu Qabriel karyerasını İspaniyada davam etdirə bilər.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “Real” 22 yaşlı futbolçunu heyətinə qatmaq niyyətindədir. Növbəti mövsüm üçün müdafiəni Qabriellə gücləndirmək istəyən “kral klubu”, futbolçu üçün qarşı tərəfə 20 milyon avro təzminat ödəməyə hazırdır.

2017-ci ildən “Lill”in şərəfini qoruyan braziliyalı futbolçunun klubla müqaviləsi 2023-cü ilin iyununda başa çatır.