Arrisabalaqa İngiltərəyə qayıdacaq

İspaniyalı qapıçı Kepa Arrisabalaqa “Real”da icarə müddətini başa vurduqdan sonra İngiltərənin “Çelsi” klubuna qayıdacaq.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Real” ukraynalı qapıçı Andrey Luninlə müqaviləni uzatmaq istəyir və Tibo Kurtuanın yayda qayıtmasını gözləməkdə davam edir.

Qapıçının icarə müqaviləsi bu il iyunun sonunda başa çatacaq. Arrisabalaqa “Çelsi”yə qayıdacaq və gələcəyi ilə bağlı qərarını orada verəcək.

O, La Liqanın cari mövsümündə 12 oyun keçirib. İspaniyalı qolkiper həmçinin Çempionlar Liqasında 4, İspaniya superkubokunda və İspaniya kubokunda 1 oyunda iş başında olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button