“Real”da işlərim yaxşı gedir”

“Real”ın yarımmüdafiəçisi Orelyen Tçuameni Madrid klubundakı vəziyyətindən danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı futbolçu “kral klubu”nda işlərinin yaxşı getdiyini deyib:

“Real”da işlərim yaxşı gedir. Mən lazımi səviyyədə çıxış edirəm və lazım olan qədər oynamaq şansı qazanıram. Deyə bilərəm ki, hər şeyin belə getməsindən məmnunam”.

23 yaşlı futbolçu keçən il 80 milyon avroya “Monako”dan “Real”a keçmişdi. O, 2022/23 mövsümündə Madrid klubunda 50 oyun keçirib və 4 məhsuldar ötürmə edib. Tçuameninin klubla müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button