“Real”da böyük dəyişikliklər gözlənilir

“Real” yay transfer dönəmində heyətdə ciddi dəyişikliklər edə bilər.

Komanda.az xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb.

İddiaya görə, Madrid təmsilçisi yeni transferləri maliyyələşdirmək üçün bəzi futbolçularla yollarını ayırmağa məcbur olacaq. Klubdan ayrılması gözlənilən oyunçular arasında müdafiəçilər David Alaba və Antonio Rüdiger də var. Hər iki futbolçunun azad agent kimi komandadan gedə biləcəyi deyilir. Bundan başqa, ehtiyat oyunçular Dani Sebalyos və Qonsalo Qarsiya üçün də satış variantları nəzərdən keçirilir. Komandanın kapitanı Dani Karvahalın gələcəyi isə hələlik qeyri-müəyyən olaraq qalır.

Məlumata əsasən, klub rəhbərliyi qarşıdakı transfer pəncərəsini “adi bir yay dönəmi” kimi təqdim etsə də, klubdaxili mənbələr transferlərin reallaşması üçün futbolçu satışlarının vacib olduğunu bildirirlər.

Həmçinin, dəyişikliklər yalnız heyətlə məhdudlaşmaya bilər. Klubun idman strukturunda da yenidənqurma ehtimalı istisna edilmir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button