
“Real” növbəti dəfə hakimlərdən şikayətləndi
“Real”ın televiziya kanalı İspaniya La Liqasının cari turundakı “Betis”lə oyundan (1:1) sonra hakimliklə bağlı sərt açıqlama yayıb.
Matçda baş hakim Sezar Soto Qrado tərəfindən rəqib oyunçu Rikardo Rodrigesin əllə oynaması epizodunda penalti təyin olunmaması böyük müzakirə doğurub. VAR sistemində isə Qonsalez Fuertes epizodu izləsə də, baş hakimi xəbərdar etməyib.
Komanda.az xəbər verir ki, “Real”ın efirində bildirilib ki, VAR görüntülərinin tam göstərilməməsi və qərarların düzgün verilməməsi ciddi suallar yaradır. Kanal həmçinin, İspaniya futbol idarəçiliyini tənqid edərək, La Liqanın rəhbəri Xavyer Tebas və keçmiş hakimlik sistemi ilə bağlı qalmaqallara da işarə edib:
“Pis oyun özü günah deyil, amma belə hakimlik günahdır”.
Kanal həmçinin, “Barselona”nın son oyununda qazandığı penalti qərarını da mübahisəli nümunə kimi göstərib.
Bizi Facebook-da izləyin



