“Real” “Leyptsiq”in futbolçusu ilə maraqlanır

İspaniyanın “Real” klubu heyətini yeni futbolçu ilə gücləndirə bilər.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “Leyptsiq”in futbolçusu Dani Olmo Madrid klubunun maraq dairəsindədir. Məlumata görə, “kral klubu” Olmonu yayda komandadan ayrılacağı deyilən Lukas Vaskesin əvəzinə transfer etmək istəyir. Klubun Olmo üçün təklif hazırladığı bildirilir.

22 yaşlı futbolçunun “Leyptsiq”lə müqaviləsi 2024-cü ilin yayına qədər nəzərdə tutulub.