
“Real” üçün bu mövsümün fəlakətli olduğunu etiraf etməyə dəyər”
“Real”ın sabiq oyunçusu Luiş Fiqu komandanın bu mövsüm artıq uğursuzluğa düçar olduğunu düşünür.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı sabiq futbolçu bunu deyib:
“Real” üçün bu mövsümün fəlakətli olduğunu etiraf etməyə dəyər. Belə bir klubda qalib gəlməsən, istənilən mövsüm uğursuzluqdur. Kubokların olmaması “Real”da nəyinsə düzgün işləmədiyinin göstəricisidir”.
“Real” bu mövsüm UEFA Çempionlar Liqasının 1/4 finalında “Bayern”ə və Kral kubokunun 1/8 finalında “Albasete”yə məğlub olaraq, turnirlərdən kənarlaşdırılıb. Komanda La Liqada isə lider “Barselona”dan 9 xal geridədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



