
“Real” onu transfer etməyəcək
“Əl-Hilal”ın yarımmüdafiəçisi Ruben Neveş “Real”a transfer olunmayacaq.
Komanda.az COPE-yə istinadən xəbər verir ki, 28 yaşlı futbolçu Avropanın bir sıra top-klubları ilə yanaşı “kral klubu”nun da namizədləri sırasında göstərilsə də, məsələ konkret mərhələyə çatmayıb.
“Real” rəhbərliyi portuqaliyalı futbolçunun namizədliyini iki əsas səbəbə görə gündəmdən çıxarıb. Birincisi, Neveşin yaşı, ikincisi isə klubun qış transfer pəncərəsində yeni oyunçu almaq istəməməsidir.
Neveşin özü karyerasını Madrid təmsilçisində davam etdirməyə müsbət yanaşırdı. “Vulverhempton”un sabiq oyunçusunun “Əl-Hilal”la müqaviləsinin müddəti 6 ay sonra başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



