“Real” “Bayern”in futbolçusunu gözləməyə hazırdır

“Real” bu ilin yayında “Bayern”in müdafiəçisi Alfonso Deyvisi heyətinə qatmağı planlaşdırır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, lakin bu baş verməsə, Madrid klubu kanadalı futbolçunun azad agentə çevrilməsini gözləməyə hazırdır.

Deyvisin Münhen klubu ilə hazırkı müqaviləsi 30 iyun 2025-ci ilə qədərdir.

O, bu mövsüm bütün klub yarışlarında 35 oyun keçirib və 1 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button