“Real” Ançelotti ilə müqaviləni uzada bilər

“Real” rəhbərliyi baş məşqçi Karlo Ançelotti ilə müqaviləni 2024-cü ilin yanvarında yeniləyə bilər.

Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, Madrid klubunun rəhbərliyi italyalı mütəxəssisin işinin nəticələrindən məmnundur. Ançelottinin özü də müqaviləni uzatmaq təklif olunarsa, 2024/2025 mövsümündə İspaniya klubu ilə əməkdaşlığı davam etdirməyə hazırdır.

La Liqanın 18 turundan sonra “Real” 45 xalla turnir cədvəlinə başçılıq edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button