
Alaba ilə bağlı qərar verilib
Avstriya millisinin və “Real”ın müdafiəçisi David Alaba mövsümün sonunda klubundan ayrılmağa çox yaxındır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər yayda başa çatacaq müqavilənin müddətini uzatmamaq qərarına gəliblər. Artıq bir neçə klub Alaba ilə mümkün transfer barədə maraqlanıb.
33 yaşlı futbolçu “Real”a 2021-ci ilin yayında, “Bayern”dən transfer olunub. O, cari mövsümdə bütün turnirlər daxil olmaqla 13 oyunda iştirak edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



