“Real” 16 yaşlı futbolçunu transfer etməyə yaxındır

“Real” “River Pleyt”in yarımmüdafiəçisinin transferi ilə bağlı danışıqların yeni mərhələsini planlaşdırıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, söhbət gələcəkdə “kral klubu”na keçməyə hazır olan 16 yaşlı Franko Mastantuonodan gedir.

Madrid klubunun rəhbərliyi gənc futbolçunun transferi ilə bağlı danışıqlar aparmaq üçün tezliklə argentinalı həmkarları ilə əlaqə saxlayacaq. “Real” qarşı tərəfə 45 milyon avro məbləğində təzminat ödəməyə hazırdır.

Mastantuono bu mövsüm komandanın heyətində 1 matç keçirib, 1 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button