“Ramos susmalıdır və PSJ-də qalmalıdır” – keçmiş futbolçu

PSJ-nin keçmiş futbolçusu Jerom Roten komandanın müdafiəçisi Serxio Ramosu tənqid edib.

Komanda.az “goal.com”-a istinadən xəbər verir ki, keçmiş futbolçu, Ramosun PSJ-dəki aylıq gəlirinə də toxunub:

“Serxio Ramos PSJ-də qalmaq istədiyini deyir. Oh, nə gözəl! Ramos Paris klubunda ayda bir milyondan çox qazanır.

Bəli,Ramos bacardığı hər şeyi qazanıb. Amma indi susmalıdır və meydanda işini görmək üçün klubda qalmalıdır”.

Ramos Liqa 1-də son turda “Loryan”la ev oyununda (5:1) 72-ci dəqiqədə meydana daxil olub və PSJ azarkeşləri tərəfindən fitə basılıb. O, zədə səbəbindən PSJ-də çox az oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button