Ramosu milliyə qaytarırlar?

PSJ-nin futbolçusu Serxio Ramos İspaniya millisinə qayıda bilər.

Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, yığmanın yeni baş məşqçisi Luis de la Fuente potensial kapitanlarla görüşlər ərəfəsində 37 yaşlı müdafiəçi ilə də danışmaq fikrindədir.

Lakin bu, Ramosun Norveç və Şotlandiyaya qarşı AÇ-2024-ün seçmə matçları üçün komandaya cəlb olunacağı anlamına gəlmir. Hər şey onun qarşıdakı həftələrdəki performasından asılı olacaq.

Serxio Ramos İspaniya millisində 180 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button